Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda 2 fevral – Gənclər günü münasibətilə bayram tədbiri keçirilib

02 fevral 2018 | 16:00

Bu gün Lənkəran şəhərindəki Gənclər Mərkəzində 2 fevral -  Gənclər Günü münasibəti ilə “Gənclik dünyanın gələcəyidir” adlı təntənəli bayram tədbiri keçirilib.
     Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun, İcra aparatının məsul işçilərinin, rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, fəal gənclərin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçən tədbir Azərbaycan gəncliyinin, o cümlədən Lənkəran gənclərinin son dövrlərdə təhsil, elm və idman sahəsində əldə etdikləri nailiyyətlərdən bəhs edən video-çarxın nümayişi ilə başlayıb.
    Daha sonra İcra başçısı T.Qaraşov rayonun ictimai həyatında fəallıq göstərən bir qrup fərqlənən gənclərə Şəhər İcra Hakimiyyətinin fəxri fərman və xatirə hədiyyələrini təqdim edib.
      Tədbir gənclərin hazırladığı əyləncəli müsiqili proqramla davam edib.

 

 

Keçidlər