Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda General Həzi Aslanovun xatirəsi anılıb

24 yanvar 2018 | 16:00

Yanvarın 24-də ikinci Dünya müharibəsinin görkəmli sərkərdələrindən biri, xalqımızın rəşadətli oğlu, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları qvardiya general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Tədbir qəhrəmanın Lənkəran şəhərindəki ev-muzeyində baş tutub.
Ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivlərinin, ziyalıların, ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirdə qəhrəmanın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
     Tədbirdə çıxış edənlər görkəmli sərkərdənin İkinci Dünya Müharibəsində göstərdiyi misilsiz şücaətindən, qəhrəmanlığından danışıblar.
     Qeyd olunub ki, general Həzi Aslanovun 70 illik yubileyində Lənkəran şəhərində qəhrəmanın möhtəşəm abidəsinin ucaldılmasının təşəbbüskarı məhz Ümummilli Lider Heydər Əliyev olub.
     34 yaşında iki dəfə Sovet İttifaqı Qəhrəmanı adına və general rütbəsinə layiq görülən həmyerlimizin adı qəhrəmanlıq simvoluna çevrilib.
     Muzeyin direktoru Tamara Fətullayeva cəsur generalın şərəfli ömür yolundan söz açaraq iştirakçıları burada toplanmış eksponatlarla tanış edib.
     "Gənc Aslanovçular klubu”nun üzvləri Qəhrəmanın büstü önündə Azərbaycan şairlərinin Həzi Aslanova həsr etdikləri şeirləri ifa ediblər.

 

 

 

Keçidlər