Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda növbəti ağacəkmə aksiyası

02 dekabr 2017 | 16:00

Cənub bölgəsinin yaşıllıqlar diyarı sayılan Lənkəranda tez-tez ağacəkmə aksiyaları keçirilir.Bu aksiyalar zamanı Lənkəran şəhərinin park və bağlarında, xiyabanlarda yeni ağaclar və gül kolları əkilir,ərazidə təmizlik işləri aparılır,qurumuş budaqlar budanır və ağaclara qulluq göstərilərək suvarılır. Növbəti ağacəkmə aksiyası 02 dekabr 2017-ci il tarixdə şəhərin Heydər Əliyev prospektində keçirilir. YAP Lənkəran təşkilatının təşəbbüsü ilə keçirilən aksiyada partiya fəalı iştirak etmiş və 1000-ə yaxın həmişəyaşıl şam, küknar ağacları əkilib. Yeni əkilən ağaclar suvarılmış və dayaqlarla bərkidilmişdir.Həmin gün rayonun ayrı-ayrı məntəqələrində də ağacəkmə aksiyaları keçirilib.

Keçidlər