Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda YAP-ın 25 illiyinə həsr olunmuş ağacəkmə aksiyası

15 noyabr 2017 | 16:00

YAP-ın yaranmasının 25 illiyi ilə bağlı Lənkəran şəhərində silsilə tədbirlər davam etdirilir. Bu məqsədlə  növbəti tədbir 15 noyabr 2017-ci il tarixdə Lənkəran şəhərinin Heydər Əliyev prospektində keçirilmiş ağacəkmə aksiyası olub. Aksiyada YAP Lənkəran şəhər təşkilatının sədri, ŞİH başçısının birinci müavini Möhübbət Babayev, ŞİH başçısının aparatının rəsmiləri, YAP Lənkəran şəhər təşkilatının İdarə Heyətinin və Şuranın üzvləri, ərazi ilk partiya təşkilatlarını təmsil edən 500 nəfərədək fəal iştirak edib.
  Aksiya zamanı 1200 ədəd şam və küknar ağacları əkilib. Əkilən ağaclara lazımi aqro-texniki qulluq göstərilməklə suvarılıb və dayaqlarla bərkidilib.
     Lənkəranda YAP-ın yaranmasının 25 illiyi ilə bağlı tədbirlər davam etdirilir.

 

 

Keçidlər