Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyevin doğum günü anıldı

08 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Milli Qəhrəmanı Əsgər Ələkbər oğlu Əliyevin doğum günü münasibətilə 8 noyabr 2017-ci il tarixdə Lənkəran şəhərində qəhrəmanın adını daşıyan parkda xatirə tədbiri keçirilib.
   Lənkəran ŞİH başçısı aparatının rəsmilərinin, şəhər ictimaiyyəti nümayəndələrinin, təhsil müəssisələrinin müəllim və şagird kollektivlərinin və KİV təmsilçilərinin qatıldığı tədbir Əsgər Əliyevin parkdakı büstünün ziyarəti ilə başlanıb. Ziyarət zamanı qəhrəmanın büstü önünə tər gül-çiçəklər qoyulub. Sonra Lənkəran ŞİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Asif İmanlı tədbiri açaraq Milli Qəhrəmanın 1995-ci ilin martın 17-də Bakı şəhərində törədilmiş dövlət çevrilişinin qarşısının alınmasında göstərdiyi vətənpərvərlik nümunəsi və əsgəri rəşadəti barədə geniş danışıb. A.İmanlı qeyd edib ki, ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da milli azadlığımız uğrunda, Vətən torpaqlarının müdafiəsində və dövlətçiliyə qarşı qəsdlərin qarşısının alınmasında həyatlarını qurban vermiş şəhidlərin xatirəsi daim əziz tutulur. Şəhər İcra hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə onların xatirəsinə həsr olunan müxtəlif tədbirlər keçirilir, qəhrəmanlıqları barədə gənc nəslə məlumatlar verilir, barələrində televiziya verilişləri, qəzet məqalələri yayımlanır.
   Sonra “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev və şəhər 6 saylı tam orta məktəbinin direktoru Akif Xalıqov tədbirdə çıxış edərək Milli Qəhrəmanın Vətən qarşısında göstərdiyi xidmətləri yüksək qiymətləndirib, onun şücaətini gənclərə örnək göstəriblər.
   Qəhrəmanın atası Əsgər Əliyev çıxış edib; şəhid ailələrinə və Milli Qəhrəmanların doğmalarına göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və şəhər İcra hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.
  Tədbirin sonunda məktəblilərin ifasında Milli Qəhrəmanlara həsr olunmuş ədəbi-bədii kompazisiya səsləndirilib. Tədbir daha sonra Milli Qəhrəman Əsgər Əliyevin təhsil aldığı Haftoni və Ləj kənd məktəblərində davam etdirilib.

 

Keçidlər