Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Yaponiyanın Azərbaycandakı səfiri Lənkəranda

03 avqust 2017 | 16:00

03 avqust 2017-ci il tarixdə Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqaladə və Səlahiyyətli səfiri Teruyuki Katori Lənkərana işgüzar səfərə gəlib. Səfər zamanı səfir Lənkəran Şəhər İcra Hakimiyyətində İcra başçısı Taleh Qaraşovla görüşüb. Görüş zamanı Yaponiya- Azərbaycan dostluq və əməkdaşlıq əlaqələri və bu əlaqələr çərçivəsində Yaponiya səfirliyinin  həyata keçirdiyi humanitar layihələrin əhəmiyyəti xüsusi qeyd olunub. İcra başçısı Yaponiya səfirliyinin xətti ilə rayonda məktəb, səhiyyə obyekti və yarı-ayrı yaşayış məntəqələrində içməsi su problemlərinin həllinə verilən dəstəyi yüksək qiymətləndirərək səfirlik tərəfindən çətin təbii şəraitə malik ucqar dağ kəndi Günəhirdə içməli su xəttinin açılışını əlamətdar hadisə kimi  diqqətə çatdırıb və bu layihənin uğurla icra olunmasına görə cənab səfirə təşəkkürünü bildirib. Eyni zamanda İcra başçısı rayonun sosial-iqtisadi və mədəni həyatı barədə hörmətli qonağa ətraflı məlumat verməklə Yaponiyalı iş adamları tərəfindən rayon iqtisadiyyatına sərmayə qoyulması, birgə müəssisələrin açılması imkanlarının öyrənilməsi təklifi ilə də çıxış edib. Yaponiya səfiri mehriban qəbula görə İcra başçısına minnətdarlıq ifadə edərək gələcəkdə də belə sosial əhəmiyyətli layihələrin icrasına, digər iqtisadi əhəmiyyətli əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək verəcəklərini bildirib. Sonra Yaponiyanın “İcma səviyyəli layihələr və İnsan Təhlükəsizliyi Qrant Yardımı Proqramı” çərçivəsində Günəhir kəndinə çəkilən içməli xəttinin açılışı oldu..

Keçidlər