Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

BMT-nin rezident əlaqələndiricisi Lənkəranda

07 iyun 2017 | 16:00

07 İyun 2017- ci il tarixdə BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Qulam İshaqzai Lənkəranda olub.
Tanışlıq məqsədi ilə baş tutan səfər zamanı BMT nümayəndəsi Lənkəran ŞİH başçısı Taleh Qaraşovla görüşüb. Görüşdə qonağa Lənkəran rayonunun sosial-iqtisadi və mədəni həyatı barədə ətraflı məlumat verilmiş və BMT ilə Azərbaycanın əməkdaşlıq münasibətləri, xüsusilə kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni proqramların hazırlanması sahəsində əməkdaşlığın gələcək prespektivləri barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda BMT nümayəndəsi Lənkəran şəhərinin görməli yerləri ilə tanış olmuş, tarix-diaşunaslıq müzeyinə baş çəkmiş “Yaşıl çay” fermer təsərrüfatında çay plantasiyalarında və Girdəni kəndi ərazisində çəltik əkini işləri  ilə maraqlanmışdır. Həmin gün qonaq Bakıya yola düşmüşdür.

Keçidlər