Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

RUSİYALI SİYASƏTÇİ LƏNKƏRAN İCTİMAİYYƏTİNİ ERMƏNİ TERRORUNU PİSLƏYƏN AKSİYAYA QOŞULMAĞA ÇAĞIRIB

08 may 2017 | 16:00

Mayın 8-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində Rusiyanın tanınmış tarixçisi və siyasi analitiki, “XX əsrdə transmilli erməni terrorizmi. Tarixi-kriminoloji tətqiqat” kitabının müəllifi Oleq Yuryeviç Kuznetsovla görüş keçirilib.
Tədbirdə rayonun təhsil işçiləri, ictimaiyyət nümayəndələri, fəal gəncləri iştirak ediblər.
Görüşü giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov Oleq Kuznetsovu tədbir iştirakçılarına təqdim edərək,  erməni terrorizmini, xalqımıza qarşı törədilən cinayətləri dolğun və həqiqətlərə uyğun açıb göstərdiyinə görə ona təşəkkürünü bildirib.
Daha sonra söz O.Kuznetsova verilib. Çıxışında rusiyalı siyasətçi əsrlərdən bəri ermənilər tərəfindən dünyanın bir sıra ölkələrində terror əməllərinin törədildiyini, Xocalı soyqırımının da məhz erməni terror təşkilatlarının əli ilə icra olunduğunu tutarlı faktlarla ortaya qoyub. Natiq erməni terrorunun tarixi, mahiyyəti barədə geniş faktlara məxsus olduğunu bəyan edərək, ermənilərin 1988-1994-cü illərdə Azərbaycanda həyata keçirdikləri terror aktlarını dərindən araşdırdığını bildirib. ASALA, Daşnaksütyun kimi erməni terror təşkilatlarının törətdikləri cinayətlərin geniş təhlilini verən tanınmış tarixçi və siyasi analitik uzun müddət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəblərini, erməni terrorizminin mahiyyətini və Azərbaycanın dinc əhalisinə qarşı törədilən cinayətləri tədqiq etdiyini söyləyərək, Xocalı soyqırımının Rusiya Dumasında tanınmasından ötrü Lənkəran ictimaiyyətini https//www.cvhange.org saytında yaradılmış petisiyaya qoşulmağa çağırıb.
Tədbirdə Lənkəran Dövlət Universitetinin kafedra müdiri, dosent Kamran Kazımov, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev və digərləri çıxış edərək erməni terroru haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırdığına görə Oleq Kuznetsova minnətdarlığını çatdırıblar.
Görüşün sonunda tədbir iştirakçıları hamılıqla erməni terrorunu pisləyən petisiyanı imzalamaq aksiyasına qoşulacağına söz veriblər.

Keçidlər