Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

20 yanvar 2017 | 16:00

20 Yanvar faciəsinin 27-ci ildönümü Lənkəranda da ehtiramla qeyd olunub. Həmin gün minlərlə rayon sakini şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanına gələrək 20 Yanvar qurbanlarının xatirəsini yad ediblər.
  Mərasimə qatılan Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şəhidlər xatirə kompleksinin önünə tər çiçəklər düzüb. İcra başçısı eyni zamanda abidə önundə şəhid ailə üzvləri ilə görüşüb söhbət edib və birdaha onların qayğıları ilə maraqlanmışdır.
Daha sonra ümumrayon ziyarəti başlayıb.
Lənkəran şəhər Heydər Əliyev Mərkəzində isə 20 Yanvar hadisələrinə həsr edilmiş rəsm sərgisi təşkil olunub. İcra başçısı, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri sərgidə düzənlənən rəsm əsərləri ilə tanış olublar.
Qeyd edək ki, yanvarın axırlarına kimi davam edəcək sərgidə Heydər Əliyev Mərkəzinin nəzdində fəaliyyət göstərən rəssamlıq kursunun, Şəhər Uşaq Rəssamlıq Məktəbinin və Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin 40-a yaxın əl işi nümayiş etdirilir.
Həmin gün N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əli Vəlioğlunun “Əsrlərin harayı” tamaşası oynanılıb və İcra başçısı, rəsmi şəxlər və ictimaiyyət nümayəndələri tamaşanı izləyiblər. Qədim Azərbaycan dövlətinin yaranması, yurd sevgisi, bu dövlətin daim azad və firavan şəraitdə bərqərar olması kimi məsələlərdən bəhs edən səhnə əsəri tamaşaçılar tərəfindən maraqla qarşılanmışdır. Saat 12-də rayon ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Keçidlər