Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN RAYONUNDA QARABAĞ MÜHARİBƏSİ ƏLİLLƏRİ VƏ ŞƏHİD AİLƏLƏRİ FƏRDİ EVLƏRLƏ TƏMİN EDİLİB

11 yanvar 2017 | 16:00

Yanvarın 11-də Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəran rayonunda inşa olunmuş 9 fərdi yaşayış evi Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.
Bu münasibətlə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Lənkəran Şəhər İcra Hakimiyyətinin, ictimai təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, nazirlik tərəfindən ötən il respublikamızın şəhər və rayonlarında 288 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsi mənzillə təmin olunub. Bu təbəqələrdən olan insanlar üçün respublikamızın bölgələrində yaşayış evlərinin inşası, hazır yaşayış binalarından mənzillərin alınaraq təmiri işləri davam etdirilir.
Tədbirdə yeni evlərlə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri onların  sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində görülən işlərdən razı qaldıqlarını vurğulayaraq, Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını ifadə ediblər.
Daha sonra yeni fərdi yaşayış evlərinə baxış keçirilib. Evlərdə müasir tələblərə uyğun yaşayış şəraiti yaradılıb. Yeni istifadəyə verilmiş mənzillərdən 3-ü Qarabağ müharibəsi əlillərinə, 6-sı isə şəhid ailələrinə təqdim olunub.

Keçidlər