Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

FRANSANIN AZƏRBAYCANDAKI SƏFİRİ LƏNKƏRANA RƏSMİ SƏFƏRƏ GƏLMİŞDİR

24 iyul 2015 | 15:00

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Paskal Mönie iyulun 24-də Lənkərana rəsmi səfərə gəlmişdir.
Lənkəran ŞİH-də İcra başçısının səlahiyyətlərini icra edən birinci müavin İlqar Dadaşov ali qonağı salamladıqdan sonra bildirdi ki, bu, cənab səfirin rayonumuza ikinci səfəridir. Səfir ilk dəfə 2012-ci ildə 17 yaşlı qızlar arasında futbol üzrə Dünya çempionatı çərçivəsində  şəhərimizdə keçirilən Fransa-ABŞ qarşılaşmasını izləməyə gəlmişdir. Azərbaycan-Fransa əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayan İ.Dadaşov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın rəsmi görüşlərindən, ikitərəfli əməkdaşlıqdan, bu yaxınlarda Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın Fransanın Kann şəhərində keçirilən festivalda iştirakından ətraflı danışdı, Bakıda keçirilən I Avropa Oyunları haqqında,  Azərbaycanın 50 ölkə arasında 2-ci yeri tutmasından bəhs etdi, oyunların Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığını xüsusi vurğuladı.
İcra rəsmisi daha sonra qonağa Lənkəran rayonu, onun əhalisi, coğrafi mövqeyi, iqtisadiyyatı, turizm potensialı barədə, təhsil, səhiyyə və mədəniyyət sahəsində qazanılan uğurlar haqqında məlumat verdi.
Səfir Paskal Mönie səmimi qəbula görə minnətdarlığını bildirdi, Lənkərana səfərlərinin onda həmişə xoş təəssüratlar oyatdığını, Cənub bölgəsinə səfəri çərçivəsində dünən Lerik rayonunda olduğunu diqqətə çatdırdı. Ali qonaq indiyədək Azərbaycan Prezidenti İlham Əliyevlə Fransa Prezidenti Fransua Olland arasında 6 dəfə görüşün keçirildiyini, Azərbaycanın Fransanın strateji müttəfiqi olduğunu, Azərbaycanın 12 şəhərinin Fransanın şəhərləri ilə qardaşlaşdığını bildirdi. Fransanın cənub regionunda yerləşən sahil şəhərlərindən biri ilə Lənkəranın qardaşlaşmasının məqsədəmüvafiq olduğunu söyləyən səfir Lənkəranın gözəl iqlimə, peyzaja, təbiət mənzərələrinə, ətirli çaya malik olduğunu vurğuladı, ikitərəfli əməkdaşlıq məsələlərinin zəruriliyindən söz açdı, Lənkəranın böyük turizm potensialından danışdı.
Sonda səfirə Lənkəran xalçası hədiyyə edildi.
Qəbul başa çatdıqdan sonra cənab P.Mönie Heydər Əliyev Xatirə Parkı ilə tanış oldu, fransalı müəllimlərin bir qrupunun dincəldiyi yay məktəbinin bağlanışında iştirak etdi.

Keçidlər