Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH-də NÖVBƏTİ ŞURA İCLASI KEÇİRİLDİ

24 iyun 2015 | 15:00

24 iyun 2015-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi. Şura iclasında “Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə, sanitariya, tibbi xidmət, uşaqların qidalanması və sosial müdafiəsi sahəsində görülən işlərin vəziyyəti haqqında”,  (məruzəçi –  Lənkəran ŞİH başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Əliyeva), “Rayonda sahibkarlığın inkişafı və müasir xidmət sahələrinin yaradılması sahəsində görülən işlərin vəziyyəti haqqında” (məruzəçi – Lənkəran ŞİH başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlkin Rəhimov), “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına əsasən Lənkəran rayonunda qazlaşdırma və su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılması ilə bağlı Lənkəran ŞİH başçısı yanında Şuranın 2014-cü il 27 yanvar tarixli qərarının icra vəziyyəti haqqında“ ( məruzəçi – Lənkəran ŞİH başçısının müavini – Şəhər təsərrüfatı şöbəsinin müdiri Möhübbət Babayev) məsələlər müzakirə olundu.
Məruzələr ətrafında müzakirələrdə Dövlət Əmək Müfəttişliyinin 9 saylı Lənkəran Regional şöbəsinin rəisi Ərəstun Əbilov,  “Zövq” istehsalat-kommersiya firmasının direktoru Fəxrəddin Caniyev, DSMF Lənkəran şəhər şöbəsinin müdiri  Babək Cəfərov, Lənkəran Su-kanal idarəsinin rəisi Rövşən Təhməzov, Lənkəran Regional Qaz  İstismar İdarəsinin Lənkəran xidmət sahəsi üzrə rəis müavini Anar Rzayev və başqaları çıxış edib məsələlərlə bağlı fikir və mülahizələrini söylədilər, təkliflərini bildirdilər.
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov müzakirə olunan məsələlərə münasibət bildirərək qeyd etdi ki, məktəbə qədər təhsil müəssisələrində işin yaxşılaşdırılması ilə bağlı əməli tədbirlər görülməli,  yol verilən nöqsanlar qısa müddətdə aradan qaldırılmalıdır. Xüsusilə uşaq bağçalarında çalışan pedaqoji  kadrların peşəkarlığı artırılmalı, orta təhsilli tərbiyəçilərin ali təhsilli mütəxəssislərlə əvəzlənməsi diqqət mərkəzində saxlanılmalıdır. Uşaqların qidalanmasına, onların keyfiyyətli ərzaqla təminatına, tibbi xidmətinə, davamiyyətinə, təlim-tərbiyəsinə geniş diqqət yetirilməli, sanitariya-gigiyeniya qaydalarına ciddi riayət olunmalıdır.
Cənab Prezidentin müvafiq fərman və sərəncamları ilə ölkədə sahibkarlığın inkişafına böyük önəm verildiyini vurğulayan İcra başçısı rayonda da bu sahədə müəyyən uğurların qazanıldığını diqqətə çatdırdı. İcra başçısı sahibkarlar üçün hər cür şəraitin yaradıldığını qeyd etməklə turizmin inkişafı ilə əlaqədar olaraq xidmət mədəniyyətinə xüsusi diqqət verilməsinin zəruriliyini söylədi. T.Qaraşov qeyd etdi ki, şəhərdə mövcud köhnə sahibkarlıq obyektləri yenilənməli, şəhərimizin ümumi arxitekturasına uyğun qurulmalı, onların görünüşü müasir  tələblərə cavab verməli, magistral yollar boyunca mövcud obyektlərin xarici görünüşünə diqqət artırılmalı, yerli bələdiyyələr və icra nümayəndəlikləri bu məsələni nəzarətdə saxlamlıdırlar.
Rayonda yaşayış məntəqələrinin qazlaşdırılması və su-kanalizasiya sistemində yenidənqurma işlərinin aparılması məsələlərinə toxunan  İcra başçısı abonentlərin xidmət pullarını vaxtında ödəmələri üçün konkret tapşırıqlarını verdi.
Şura iclasında müzakirə olunan hər üç məsələyə dair qərarlar qəbul edildi.

Keçidlər