Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Ümumdünya sağlamlıq günü”nə həsr olunmuş Basketbol idman növü üzrə açıq rayon birinciliyi

20 aprel 2015 | 15:00

18-19 aprel 2015-cil tarixlərdə Lənkəran şəhər Gənclər və İdman İdarəsi və  “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə “Ümumdünya sağlamlıq günü”nə həsr olunmuş Basketbol idman növü üzrə Lənkəran rayon açıq birinciliyi keçirilmişdir.
    Yarışda 2001-2002-ci il təvəllüdlü idmançılardan ibarət 4 komanda, 40 idmançı iştirak etmişdir. Yarış 2 saylı tam orta məktəbin idman zalında keçirilmişdir.
  Yarışın keçirilməsində məqsəd  perspektivli idmançıları aşkar etmək, Basketbol idman növünün kütləvililiyinin artırılmasına nail olmaq idi. Yarışda  I, II, III yerləri tutmuş komandalar təşkilatçılar tərəfindən  diplomlarla təltif edildi.

Keçidlər