Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində ”Qanla boğulmuş tarix” adlı anım tədbiri keçirildi

30 mart 2015 | 15:00

Martın 30-da Lənkəran şəhər Heydər Əliyev Mərkəzində 31-mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş ”Qanla boğulmuş tarix” adlı anım tədbiri keçirilmişdir. Tədbir öncəsi iştirakçılar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və Azərbaycan  tarixini özündə canlandıran sənədli filmlərdən fraqmentlərlə tanış olmuşlar. Tədbirdə tarixi səlnaməmiz haqqında danışılarkən qeyd edilmişdir  ki,1998-ci ildən bəri 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu günün yaddaşlarda yaşamasının səbəbi  1918 –ci ilin mart – aprel aylarında Azərbaycanlıların Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində kütləvi surətdə qırğını, doğma yurdlarından didərgin salınması olmuşdur. Baş vermiş qanlı olaylar XX əsrin ən faciəli və dəhşətli səhifələrindəndir. Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə və soyqırım nəticəsində minlərlə insan evindən-obasından didərgin düşmüşdür. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbt olunması ilə nəticələnərək , ermənilərin azərbaycanlılara qarşı planlı surətdə həyata keçirdiyi soyqırım siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.Yalnız Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər gizli saxlanılan və təhrif olunan tarixi hadisələr öz əsl həqiqi qiymətini aldı.  Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə  1998-ci il martın 26-da imzalanmış fərmanla 31 mart Azərbaycanlıların Soyqırım günü elan edildi. Bununla da Azərbaycan tarixində erməni məsələsinə münasibətdə yeni və çox düzgün bir siyasətin əsası qoyuldu. Təsadüfi deyil ki,bu gün H.Əliyev siyasi kursunun davamı olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət nəticəsində artıq dünya və beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyır. Ölkə başçısının bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur və heç vaxt da olmayacaq.

Keçidlər