Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ ƏMƏKDAŞLARININ PEŞƏ BAYRAMI QEYD OLUNDU

29 mart 2015 | 16:00

Martın 29-da Lənkəranda Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı qeyd edildi. Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və MTN-nin Lənkəran şəhər şöbəsinin əməkdaşları əvvəlcə Heydər Əliyev Xatirə parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoydular.
Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində Ümummilli Liderin keçdiyi şərəfli həyat yolunu əks etdirən foto stendlərlə, eksponatlarla tanış oldular.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə açan MTN-nin Lənkəran şəhər şöbəsinin rəisi, polkovnik Aydın Piriyev bildirdi ki, Azərbaycan Respubli¬ka¬sının mühüm dövlətçilik təsisatla¬rından biri olan xüsusi xid¬mət orqanlarında dövlətinə ləyaqətlə xidmət edən, onun təhlükəsizliyi keşi¬yində dayanan, sədaqətli və vətənpərvər insanlar çalışırlar. Milli Təhlükəsizlik Nazirliyinin Azərbaycanın müstəqilliyinin qorunmasında, vətəndaşların təhlükəsiz yaşamasında və digər vacib məsələlərdə mühüm rolu var.Milli təhlükəsizlik orqanlarının inkişaf tarixində Ulu Öndər Heydər Əliyev müstəsna xidmətlər göstərmişdir.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təbriklərini çatdırdıqdan sonra bildirdi ki, 1919-cu il martın 28-də Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Hərbi Nazirliyin tərkibində kəşfiyyat və əks-kəşfiyyat bölməsi təşkil edilməklə ölkəmizdə ilk milli təhlükəsizlik orqanı yaradılıb. 1967-ci ildə respublikanın təhlükəsizlik orqanına general-mayor Heydər Əliyevin sədr təyin edilməsi bu sahədə yeni eranın başlanmasına səbəb olub. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il noyabrın 1-də isə Milli Təhlükəsizlik Nazirliyi yaranıb. Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il  tarixli Fərmanı ilə 28 mart Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü təsis edilib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə müxtəlif vaxtlarda Azərbaycanda milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları təltif ediliblər.
Tədbirin sonunda MTN-nin Lənkəran şəhər şöbəsinin bir qrup əməkdaşı Lənkəran ŞİH-nin Fəxri fərmanı ilə təltif edildi.

Keçidlər