Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Xocalı soyqrımına həsr olunmuş “Xəmsə” Milli İntelletual oyunu keçirildi

27 fevral 2015 | 16:00

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin Xocalı soyqrımının 23-cü ildönümünün keçirilməsinə dair tədbirlər planına əsasən 26 fevral 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Gənclər və İdman İdarəsi və Lənkəran Klubunun birgə təşkilatçılığı ilə Lənkəran Dövlət Universiteti, Lənkəran Dövlət Humanitar Kolleci və Lənkəran Tibb Kollecinin tələbələri arasında Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Xəmsə” Milli İntelletual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.
Yarışdan öncə 1992-ci ilin fevralında 26-da erməni faşistləri tərəfindən vəhşicəsinə qətlə yetirilmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir. Sonra şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov, rəis müavini Nazim Vəliyev çıxış edərək 23 il bundan əvvəl Xocalı şəhərində baş vermiş hadisələr, azərbaycanlılara qarşı törədilmiş vəhşiliklər barədə ətraflı məlumat veriblər.          
Çıxışlardan sonra tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı sənədli film nümayiş etdirilmişdir.
Tədbirin bədii hissəsi bitdikdən sonra “Xəmsə” yarışına start verilmişdir. Turnirdə ümumilikdə 8 komanda iştirak etmişdir.
Yarışın nəticələrinə görə Lənkəran Dövlət Universitetini təmsil edən 3 komanda mükafara layiq  1-ci, 2-ci və 3-cü yerləri tutublar.
Qaliblərə Gənclər və İdman İdarəsinin diplomları təqdim edilmişdir.

Keçidlər