Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində Xocalı qətliamı ilə bağlı tədbir keçirildi

25 fevral 2015 | 16:00

qürurumuzdur ” layihəsi çərçivəsində növbəti tədbir keçirilmişdir.Tədbir 26 fevral Xocalı qətliamının 23-cü ildönümünə həsr olunmuşdur. “Azərbaycan  xalqının etnik tarixi” mövzusunda məktəbli- gənclər üçün təşkil olunan tədbirdə iştirakçılar öncə H.Əliyevin memorial muzeyi, sonra  Xocalı  soyqırımına həsr edilmiş sərgi ilə tanış olmuşlar. Mərkəzin baş mühafizi A.İbrahimova tədbirə moderatorluq edərək  Azərbaycanlıların etnik tarixi haqqında məktəblilərə ətraflı məlumatlar vermişdir. O bildirmişdir ki, Azərbaycanlıların vahid bir xalq kimi formalaşması prosesi şimaldan Baş qafqaz dağları, cənubdan Sultaniyyə-Zəncan-Həmədan hüdudları, qərbdən Anadolu və Göycə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi, şərqdən Xəzər dənizi ilə əhatə olunan tarixi Azərbaycan torpaqlarında baş vermişdir. Azərbaycan ərazisi, bu diyarın dünyanın Ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. 300-400 min il bundan əvvəl yaşamış Aşel dövrünə aid qədim və nadir tapıntıya görə Azərbaycan ərazisi «Avropanın Ən qədim sakinləri» xəritəsinə daxil edilmişdir.  Azərbaycan ərazisində ilk tayfa birlikləri, dövlət qürumları hələ e.ə. I minilliyin əvvəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit-Skif) şahlığı, albaniya, Atropatena kimi qüvvətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanın etnik-siyasi tarixində, ölkə ərazisində vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar. Müzakirələrdə məktəbliləri maraqlandıran müxtəlif suallar cavablandırılmış və Azərbaycanın çoxəsirlik tarixini əks etdirən sənədli filmlərdən fraqmentlər nümayiş etdirilmişdir.

Keçidlər