Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRAN ŞİH-DƏ NÖVBƏTİ APARAT MÜŞAVİRƏSİ KEÇİRİLDİ

24 fevral 2015 | 16:00

Fevralın 24-də Lənkəran Şəhər İcra Hakimiyyətində növbəti Aparat müşavirəsi keçirildi. Müşavirədə İcra Aparatının kollektivi, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, inzibati ərazi dairələrinin nümayəndələri və bələdiyyə sədrləri iştirak edirdilər.
Müşavirəni giriş sözü ilə açan Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov son günlər havaların kəskin soyuması, intensiv yağışların və qarın yağması ilə əlaqədar olaraq yaranmış çətinliklərin aradan qaldırılması ilə bağlı görülmüş işlər barədə geniş məlumat verərək qeyd etmişdir ki, rayonun xidmət təşkilatlarının, inzibati ərazi dairələrində nümayəndələrin və yerli bələdiyyələrin birgə səyi ilə təbii fəlakətin fəsadları qısa müddətdə aradan qaldırılmışdır.
Bununla belə İcra başçısı qeyd etmişdir ki, Liman şəhəri istiqamətində yağan güclü qar şəhərin elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaratmışdır. Natiq daha sonra rayon ərazisində süni qiymət artımının qarşısının alınması istiqamətində ciddi tədbirlərin görüldüyünü diqqətə çatdırdı, ticarət və xidmət obyektlərində belə halların müşahidə ediləcəyi təqdirdə sahibkarlar və iş adamları haqqında qanunamüvafiq tədbirlərin görüləcəyini vurğuladı.
İcra başçısı həmçinin yol kənarlarında reklam yazılarının düzgün, Azərbaycan dilində yazılmasına xüsusi nəzarətin edilməsinin və bu məqsədlə əhali arasında maarifləndirmə işlərinin aparılmasının zəruriliyini söylədi, bununla əlaqədar yaradılmış komissiyaya müvafiq tapşırıqlarını verdi.
T.Qaraşov bildirdi ki, havalar istiləşdikcə şəhərdə və rayon ərazisində abadlıq-təmizlik işləri də sürətləndirilməlidir. Rayonun Qumbaşı kəndindən Parakənd  kəndinə qədər olan ərazidə magistral yollar boyunca tullantılar yığışdırılaraq səliqə-sahman və abadlıq işlərinə diqqət artırılmalıdır.
İcra başçısı rayonun bütün idarə, müəssisə və təşkilatlarında əmək intizamına riayət olunması,, dövlət idarələrində vətəndaşların qəbulu, müraciətlərinə baxılması işini yaxşılaşdırmaq məqsədilə komissiya tərəfindən reydlər davam etdirilməli, intizamsızlığa yol verən dövlət qulluqçular və işçilər barədə müvafiq tədbirlərin görülməsi və rəhbər işçilərdən bu barədə rəsmi arayın alınmasının vacibliyini xüsusi qeyd etmişdir. Natiq çıxışında Azərbaycan Respublikası Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetinin 12 fevral 2015-ci il tarixli nömrəsində”Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq” başlıqlı yazıda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2014-cü ildə bu sahədə görülmüş işlər barədə təhlilini bir daha müşavirə iştirakçılarının diqqətinə çatdırdı. İcra başçısı yazıda Lənkəran rayonu ilə bağlı fikirlərin də yer aldığını, bildirilmiş iradların aradan qaldırılması ilə əlaqədar təcili və təxirəsalınmaz tədbirlərin görülməsinin vacibliyini qeyd etmiş, vətəndaş müraciətlərinə laqeyd münasibət bəsləyən, qaldırılan problemlərin həlliinə vaxtında səy göstərməyən rəhbər işçilər barədə ciddi intizam tənbehi görüləcəyini diqqətə çatdırmışdır.
Sonra İcra Başçısı Xocalı soyqırımının 23-cü ildönümü, 8 Mart Beynəlxalq Qadınlar günü və Novruz bayramının rayonda yüksək səviyyədə keçirilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarını vermişdir.
İcra başçısı sonda bu il Bakı şəhərində keçiriləcək I Avropa oyunlarının məşəlinin estafet marşrutunun Lənkəran şəhərindən də keçəcəyini, bunun şəhərimizin ictimai-siyasi və mədəni həyatında çox əlamərdat hadisə olacağını da diqqətə çatdırdı.

Keçidlər