Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda iki dəfə Sovet İttifaqı Qəhrəmanı General Həzi Aslanovun 105 illiyinə həsr olunmuş tədbir keçirilib

22 yanvar 2015 | 16:00

22 yanvar 2015-ci il tarixdə iki dəfə Sovet İttifaqı Qəhrəmanı, qvardiya general-mayoru Həzi Aslanovun anadan olmasının 105 illiyi onun doğulduğu Lənkəranda qeyd olunub.  Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında keçirilən mərasimdə teatrın aktyoru, Azərbaycanın xalq artisti Qabil Quliyev  çıxış edərək, Həzi Aslanovu bu diyarda keçmiş ittifaqın bütün hərbi orden və medallarına layiq görülmüş nadir hərbçilərdən biri kimi dəyərləndirməklə, onun eyni zamanda iki dəfə Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülən yeganə azərbaycanlı olduğunu xüsusi qeyd edib.

Mərasimdə teatrının aktyorlarının və "Gənc Aslanovçular klubu” üzvlərinin ifasında qəhrəmanlıq ruhlu ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Daha sonra “Dəmir atlı cəngavər” sənədli-bədii filminə baxış olub.

Yubiley mərasimi iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev-muzeyində davam etdirilib. Qeyd edək ki, bu muzey respublikada yaradılmış ilk qəhrəmanlıq muzeylərindən biridir. 1969-cu ilin 9 mayında fəaliyyətə başlayan muzey bir neçə  il öncə əsaslı təmir edilib. Muzeyin direktoru Tamara Fətullayeva bir daha cəsur generalın şərəfli ömür yolundan söz açıb və eyni zamanda iştirakçıları burada toplanmış eksponatlarla tanış edib. Qəhrəmanın büstü önündə "Gənc Aslanovçular klubu”nun üzvləri Azərbaycan şairlərinin Həzi Aslanova ithaf etdikləri şeirləri söyləyiblər.

Keçidlər