Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA ULU ÖNDƏRİN ANIM GÜNÜ ÜMUMXALQ MƏHƏBBƏTİNİN TƏZAHÜRÜNƏ ÇEVRİLDİ

12 dekabr 2014 | 16:00

Müstəqil Azərbaycan dövlətinin memarı, Ümummilli Lider Heydər Əliyevin əbədiyyətə qovuşmasından 11 il ötür. Bu illər ərzində xalqımız öz Liderini bir an belə unutmamış, hər zaman onu qürur hissi ilə yad etmişdir. Çünki Ulu Öndər Heydər Əliyev xalqımızın taleyində əvəzsiz rol oynamışdır. Respublikamız öz dövlət müstəqilliyi üçün məhz Ümummilli Liderimizə borcludur. O, Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, xalqın sosial həyat səviyyəsinin yüksəldilməsi, ölkəmizin bir dövlət kimi beynəlxalq aləmdə tanınması, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması üçün qlobal işlər gördü.
Ürəyi daim xalq üçün, Vətən üçün döyünən Heydər Əliyevin parlaq ideyaları bu gün də yaşayır və qalib gəlir, işıqlı sabaha, xoşbəxt gələcəyə gedən yolumuzu nurlandırır.
Təsadüfi deyil ki, dekabrın 12-də respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da Ulu Öndərin anım günü ümumxalq məhəbbətinin təzahürünə çevrildi.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında Ümummilli Liderin abidəsini ziyarət etdi və abidənin önünə təzə-tər qərənfil dəstələri qoydu.
Sonra İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, ictimaiyyətin nümayəndələri, müəssisə və təşkilatların, ali, orta ixtisas və ümumtəhsil məktəblərinin kollektivləri abidənin önünə gül dəstələri düzdülər.
Bütün gün ərzində Heydər Əliyev Xatirə parkında Ulu Öndərin əzəmətli abidəsi önünə gül-çiçək dəstələri qoyuldu, Dahi Rəhbərin əziz xatirəsi ehtiramla və məhəbbətlə yad edildi, ruhuna dualar oxundu.

Keçidlər