Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA HEYDƏR ƏLİYEV MƏRKƏZİNDƏ ÜMUMMİLLİ LİDERİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR DAVAM EDİR

09 dekabr 2014 | 16:00

        09 dekabr 2014-cü il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anım gününə həsr olunmuş “1969-cu ildən başlanan böyük tarix” mövzusunda üç günlük mühazirə-sərginin keçirilməsinə start verilmişdir. İştirakçılar öncə  Mərkəzin memorial muzeyini ziyarət etmiş,siyasi liderin büstü önünə çiçək dəstələri düzmüşlər.         Mərkəzin direktoru S.Şəfiyeva tədbiri açaraq 3 gün davam etdiriləcək belə bir tədbirin böyüməkdə olan gənc nəslin H.Əliyevin əsasını qoyduğu Vətən amalı-Azərbaycançılıq ideologiyasına sadiq ruhda tərbiyə olunmasında rolundan və əhəmiyyətindən danışmişdir.Tədbir iştirakçıları tərəfindən Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin  siyasi portreti, onun milləti və dövləti qarşısındaki xidmətləri barədə A.İbrahimovanın və R.Şahbazinin mühazirələri maraqla  dinlənilmişdir.Sonda Mərkəzin rəsm studiyasının gənc istedadlarının Ulu Öndərə ithaf etdikləri əl işlərinin sərgisinin təqdimatı keçirilmişdir .

Keçidlər