Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhərinin mikrorayon ərazisində yeni abad həyət salınıb

01 mart 2022 | 16:00

        Ölkə Prezidentinin əhalinin geniş məskunlaşdığı ərazilərdə quruculuq-abadlıq işlərinin genişləndirilməsi və vətəndaş  məmnunluğunun təmin olunması ilə əlaqədar sakinlərin istək və arzularına uyğun yeni sosial layihələrin icrası ilə bağlı  qarşıya qoyduğu vəzifələr Lənkəran ŞİH-nin daim diqqət mərkəzindədir.  Bununla bağlı tərtib olunmuş tədbirlər planına uyğun olaraq Lənkəran şəhərində və rayonun ayrı-ayrı yaşayış məskənlərində bu vəzifələrin icrası ilə bağlı konkret əməli işlər görülür. Şəhərdə çoxmərtəbəli yaşayış binalarının həyətləri abadlaşdırılır, istirahət guşələri, uşaq əyləncə meydançaları yaradılır, küçə və səkilərdə, yol kənarlarında təmir-bərpa işləri görülür, yaşıllıq zolaqları genişləndirilir. Bu günlərdə Lənkəran şəhərində əhalinin sıx yaşadığı mikrorayon ərazisində çoxmərtəbəli yaşayış binalarının arasındakı həyət başdan-başa yenidən qurularaq sakinlərin istifadəsinə verilib. Həyətdə sakinlərin görüşüb söhbət etməsi, istirahəti və uşaqların əyləncəsindən ötrü lazımi şərait yaradılıb, oyun meydançası qurulub. Fevralın 28-də yeni həyətin istifadəyə verilməsi ilə bağlı keçirilən tədbirdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, xidmət idarələrinin işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə sakinlərlə görüşən İcra başçısı onlarla səmimi söhbət edərək görülən işlərin cənab Prezident İlham Əliyevin vətəndaş məmnunluğunun təmin olunması ilə bağlı tapşırığının icrasına xidmət etdiyini diqqətə çatdırmaqla bu işlərin bundan sonra da davam etdiriləcəyini xüsusi vurğulayıb və  bir daha onların maddi-məişət qayğıları, istək və arzuları ilə yaxından maraqlanıb. Görülən abadlıq işlərini böyük sevinc hissi ilə qarşılayan sakinlər ölkə Prezidentinin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın ünvanına minnətdarlıq dolu fikirlər səsləndiriblər.

Keçidlər