Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda məşhur həkimin xatirə lövhəsi açılıb

29 noyabr 2021 | 16:00

Məşhur azərbaycanlı həkim, tibb elmləri doktoru, professor Abbas Talışinskinin Lənkəran şəhərində doğulduğu evin qarşısında xatirə lövhəsinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov, İcra hakimiyyətinin rəsmi şəxsləri, alimin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. İcra başçısı açılış mərasimində çıxış edib. Natiq çıxışında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin yüksək sərkərdəlik məharəti ilə rəşadətli Milli Ordumuzun 44 günlük Vətən müharibəsində işğalçı erməni ordusu üzərində qazandığı tarixi Qələbənin bir illiyi və bu müharibədə qəhrəmancasına vuruşaraq həlak olmuş şəhidlərin anılması ilə bağlı tədbirlərlə yanaşı fədakar əməkləri ilə xalqımıza ad-san qazandırmış tanınmış şəxslərin də adlarının əbədiləşdirilməsini milli-mənəvi dəyərlərin yaşadılmasına və təbliğinə göstərilən misilsiz qayğı və diqqənin nümunəsi kimi qiymətləndirib.  O, tanınmış lənkəranlı alim, tibb elmləri doktoru, professor Abbas Talışinskinin doğulduğu evdə xatirə lövhəsinin açılmasını da bu qayğının bariz nümunəsi olduğunu diqqətə çatdırıb. Məşhur həkim Abbas Talışinskinin keçmiş ittifaq miqyasında tanınmış həkim olduğunu, Rusiya Federasiyasında çalışdığı tibb müəssisələrində yüksək biliyi və bacarığı, insanlara göstərdiyi ixtisaslı tibb xidməti, xəstələrə göstərdiyi şəfqəti və humanist münasibəti ilə həmişə doğma xalqına baş ucalığı gətirdiyini diqqətə çatdıran natiq onun unudulmaz şəxsiyyət kimi xatirəsinin əbədiləşdirilməsinin təqdirəlayiq hal olduğunu söyləyib. Professorun qardaşı, respublikanın əməkdar həkimi, tibb elmləri doktoru, professor Əzizağa Talışınski və qardaşı oğlu həkim Aydın Talışinski çıxış edərək professor Abbas Talışinskinin fədakar əməyinə verilən yüksək qiymətə və adının əbədiləşdirilməsi ilə əlaqədar evinə xatirə lövhəsinin vurulmasına görə Azərbaycan dövlətinə, ölkə Prezidenti cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya səmimi minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər