Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ağacəkmə kampaniyası ilə yad edilib

16 dekabr 2020 | 16:00

II Qarabağ müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini əbədiləşdirmək üçün Lənkəranda ağacəkmə aksiyası keçirilib. Aksiya Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi, Lənkəran Peşə Liseyinin, şəhərin Yaşıllaşdırma Müəssisəsinin birgə təşkilatçılığı ilə Həzi Aslanov Parkında baş tutub.
Aksiya zamanı Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gənc Könüllüləri və Lənkəran Yaşıllaşdırma Müəssisəsinin əməkdaşları tərəfindən relikt bitki olan Lənkəran Akasiyaları əkilib və suvarılıb.
Gələcəkdə də belə aksiyaların davam etdirilməsi və daha geniş miqyasda həyata keçirilməsi planlaşdırılır.

Keçidlər