Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı vətəndaş müraciətlərində qaldırılan məsələlərin həlli ilə yerindəcə tanış olub

27 avqust 2020 | 16:00

Ölkə prezidentinin əhalini narahat edən problemlərin yerindəcə araşdırılması ilə əlaqədar rəhbər işçilərin yaşayış məntəqələrində olub sakinlərlə görüşüb aşkarlanan problemlərin həllindən ötrü müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırığına Lənkəranda ciddi əməl olunur.
İcra başçısı Taleh Qaraşov gündəlik olaraq şəhərin ayrı-ayrı məhəllələrində, kənd və qəsəbələrdə olur, sakinlərlə söhbətlər aparır, onların arzu və təkliflərini dinləyib həlli ilə bağlı müvafiq tədbirlər görür.  Avqustun 27-də İcra başçısı bu məqsədlə Lənkəran şəhərinin Şəhidlər xiyabanı və Qala xiyabanı ərazilərinə baş çəkib aparılan abadlıq-quruculuq işləri, təmizlik-sanitariya vəziyyəti ilə maraqlanmışdır. Xüsusilə Şəhidlər xiyabanı 46/6, 46/8, Qala xiyabanı 13 ünvanlarında yerləşən çoxmənzilli yaşayış binalarının sakinləri ilə görüşən İcra başçısı həmin binalarda fasadların yenilənməsi,  pilləkan qəfəslərinin əsaslı təmiri, blok qapılarının və pəncərələrin dəyişdirilməsi, səkilərə tametlərin düzülməsi, divar və barıların boyanması işlərilə də tanış olub sakinlərlə söhbət edib. Söhbət zamanı sakinlər onların müraciətlərinə həssaslıqla baxılmasından, arzu və təkliflərinə diqqət yetirilməsindən razılıq edərək şəhərdə, bütövlükdə rayon ərazisində  sürətlə həyata keçirilən quruculuq-abadlıq işlərini, yeni məktəblərin tikilməsini, yolların, küçələrin asfaltlanmasını, səkilərin, çoxmənzilli kommunal yaşayış binalarının əsaslı təmirini, dam örtüklərinin dəyişdirilməsini bu diqqətin nəticələri kimi dəyərləndirib ölkə Prezidentinə minnətdar olduqlarını söyləyiblər. Qeyd olunub ki, bu işlərin çoxu məhz vətəndaş müraciətlərində qaldırılan məsələlər  olduğundan sakinlərdə məmnunluq hissi yaradır. Qaldırılan hər bir problemin həllindən ötrü  bundan sonra da davamlı olaraq  lazımi işlərin görüləcəyini diqqətə çatdıran İcra başçısı koronavirus epidemiyası ilə əlaqədar rayonda həyata keçirilən tədbirlərdən də danışaraq vətəndaşları diqqətli olmağa, qaydalara ciddi şəkildə əməl etməyə, maska və digər qoruyucu vasitələrdən istifadə etməyə, təmas zamanı sosial məsafə saxlamağa çağırıb.

Keçidlər