Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Xəzər dənizinin Lənkəran sahilində iməclik keçirilib.

11 avqust 2020 | 16:00

Xəzər günü” ilə əlaqədar ölkəmizdə müxtəlif ekoloji tədbirlər həyata keçirilir. Bununla əlaqədar 11 avqust 2020-ci il tarixində Lənkəran Şəhər İcra Hakimiyyətinin aidiyyəti qurumlarının və 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları, habelə rayon könüllüləri ilə birgə Xəzər dənizinin Lənkəran sahili zolağında iməclik keçirilib. İməclik zamanı Xəzər dənizinin sahilində yerləşən çimərlik sahələrinə atılan bərk məişət tullantıları, xüsusilə də, plastik qablar və polietilen torbalar ərazidən təmizlənib. Ümumilikdə 100 nəfərin iştirak etdiyi ekoloji aksiya zamanı çimərlik sahəsində yerləşən istirahət mərkəzləri ilə də zəruri maarifləndirmə işləri aparılıb.

Keçidlər