Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Gözəlləşən, işıqlanan Lənkəran

24 aprel 2020 | 16:00

Respublikamızın  hər yerində olduğu kimi Lənkəranda da  koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri ardıcıl davam etdirilir. Dezinfeksiya işləri ilə yanaşı təhlükəli xəstəlikdən qorunmaq məqsədilə “Evdə qal” kampaniyası çərçivəsində yerli sakinlərlə mütəmadi maarifləndirici işləri aparılır, vətəndaşlara  karantin qaydalarına riayət edilməsinin zəruriliyi dönə-dönə izah edilməklə onların özlərinin və ailə üzvlərinin sağlamlığı naminə dövlət tərəfindən müəyyən edilmiş sosial izolyasiya tələblərinə ciddi riayət olunmasının vacibliyi tövsiyə edilir.
      Bütün bunlarla yanaşı Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə şəhər və rayon ərazisində abadlıq-quruculuq işləri davam etdirilməkdədir. İcra başçısının tapşırığı ilə şəhərin mərkəzi ərazilərindən olan Məhəmməd Əmin Rəsulzadə küçəsində yeni işıq dirəklərinin quraşdırılması və gözoxşayan gecə işıqlandırılmasının yaradılması bütün lənkəranlılar tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
      Gündən-gündə gözəlləşən Lənkəranda işıqlandırma dirəklərinin quraşdırılması zamani müasir texnologiya ilə təchiz edilmış led işıqlardan istifadə olunması müasirləşən və işıqlanan şəhərimizə göstərilən qayğının bariz nümunəsidir.

Keçidlər