Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

“Biz Xocalıyıq”

26 fevral 2020 | 16:00

Lənkəran şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı Lənkəran Gənclər Mərkəzində rayon gəncləri üçün maarifləndirici tədbir keçirilmişdir. İlk öncə tədbir iştirakçıları mərkəzin foesində Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin hazırladığı faciəni əks etdirən foto sərgi ilə tanış olmuş və şəhər 1 saylı orta məktəbin şagirdi tərəfindən Xocalı soyqırımı ilə bağlı şeir səsləndirilmişdir. Çıxış edən Lənkəran şəhər Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Cəfərzadə Xocalı soyqırımının tarixi barədə gənclərimizi ətraflı məlumatlandırdıqdan sonra Azərbaycan Vətən Müharibəsi Veteranlarının İctimai Birliyinin Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostiyev Qarabağ müharibəsinin iştirakçısı kimi keçdiyi döyüş yolundan və erməni işğalçılarının xalqımızın başına gətirdikləri faciə barədə söz açmışdır. Tədbir sonunda “Biz Xocalıyıq” adlı qısa metrajlı film nümayiş edilmişdir.

Keçidlər