Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650-illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir

27 dekabr 2019 | 16:00

 Böyük Azərbaycan şairi  İmadəddin Nəsiminin 650-illik yubileyinin qeyd olunması və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamına əsasən  27 dekabr 2019-cu il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə böyük Azərbaycan şairi  İmadəddin Nəsiminin 650-illik yubileyinə həsr olunmuş “Mən bu cahana sığmazam” adlı tədbir keçirilmişdir.İştirakçılar ilk öncə Mərkəzin foyesində İmadəddin Nəsiminin bədii irsini və yaradıcılığını əks etdirən “Nəsimi uşaqların gözü ilə” adlı rəsm əsərlərindən, kitab  və fotolardan ibarət sərgi ilə tanış olmuşlar.Tədbir şairin həyat və yaradıcılığından bəhs edən video çarxın nümayişi ilə başlamışdır.Tədbirdə çıxış edən Mərkəzin direktoru Reyhanə Sadıxova böyük şairin həyatından, əsərlərindəki mənəvi və humanist dəyərlərə sadiqliyindən ətraflı söz açmışdır.O bildirmişdir ki, əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dahi şəxslərə yüksək diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Sonra çıxış edən Lənkəran şəhər 7 saylı tam orta məktəbin direktoru Ülviyə Əliyeva öz nitqində Prezident İlham Əliyevin dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının və 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsinin ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulamışdır.Ədəbi-bədii tədbirdə istedadlı məktəbli və gənclərin ifasında İmadəddin Nəsiminin qəzəlləri səsləndirilmiş, muğamlar ifa olunmuş, “Nəsimi” kinofilmindən bir neçə səhnələşdirilmiş epizodlar iştirakçılar tərəfindən maraqla qarşılanmışdır.Tədbirin sonunda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin "Sığmazam" qəzəli əsasında musiqi kompozisiya dinlənilmişdir.

Keçidlər