Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Vilvan kəndində səyyar qəbul keçirib

18 dekabr 2019 | 16:00

  Lənkəran rayonunun inzibati ərazi dairələrinə daxil olan yaşayış məntəqələrində sosial-iqtisadi inkişaf, mədəni quruculuq işlərı və mövcud problemlərin həlli vəziyyəti ilə yerindəcə tanış olmaq üçün səyyar qəbul-görüşlərini davam etdirən İcra başçısı Taleh Qaraşov növbəti səyyar qəbulunu dekabrın 18-də rayonun iri yaşayış məntəqələrindən olan Vilvan kəndində keçirib. Səyyar qəbulda  İcra hakimiyyətinin rəsmi şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbər işçiləri iştirak ediblər. Qəbul zamanı müraciət edən sakinlər diqqətlə dinlənilərək səsləndirdikləri məsələlər aidiyyəti təşkilatların rəsmiləri ilə yerindəcə araşdırılıb və həlli ilə bağlı konkret tədbirlər müəyyən edilib. Səyyar qəbuldan razılıq edən sakinlər qaldırdıqları məsələlərin həllindən, xüsusilə kəndin mərkəzindən keçən çayın üzərində yüzlərlə kənd sakininin gündəlik olaraq istifadə etdiyi, sel sularının yuyub dağıtdığı körpünün bərpasından və çayın hər iki tərəfində sahilbərkitmə işlərinin görülməsindən məmnunluq ifadə edərək ölkə Prezidentinə və bu işdə əməyi olan insanlara minnətdarlıq ediblər. Çıxışlarda rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülən işlər, xüsusilə kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsi, suvarma suyu ilə təmini, yaşayış məskənlərinin kütləvi qazlaşdırılması, elektrik təsərrüfatının yenilənməsi, yolların asfaltlanması, yeni məktəb binalarının tikintisi dövlətin əvəzsiz qayğısı kimi dəyərləndirilib.Qeyd olunub ki, son illərdə Vilvan kəndində abadlıq, mədəni quruculuq işləri genişlənib. Kənddə aqrar sahədə yüksək nəticələr əldə olunub. Dövlət qayğısından ruhlanan fermerlər yeni çay  plantasiyaları və “AMAL” İctimai Birliyinin dəstəyi ilə Türkiyədən gətirilmiş ağaclardan ibarət yeni sitrus bağları salıblar. Heyvandarlıq məhsulları istehsalı da artıb. Baramaçılığın inkişaf etdirilməsi məqsədilə kənddə mindən çox ÇXR-dan gətirilmiş tut tingləri əkilib.  Ailə təsərrüfatlarında əldə olunan yüksək gəlir kənd sakinlərinin maddi-məişət şəraitini də xeyli  yaxşılaşdırıb. Səyyar qəbul-görüşü yekunlaşdıran İcra başçısı vətəndaş müraciətlərində qaldırılan məsələlərin müntəzəm olaraq diqqətdə saxlanılması və həllindən ötrü  lazımi tədbirlərin görülməsinin vacibliyini bir daha məsul şəxslərin diqqətinə çatdırıb.

Keçidlər