Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndən Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir

12 dekabr 2019 | 16:00

 12 dekabr 2019-cu il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndər Heydər Əliyevin anım gününə  həsr olunmuş məktəblilər arasında "Biz bu yolu örnək olaraq seçdik" adlı intellektual yarışma keçirilmişdir. Yarışmanın əsas məqsədi məktəbliləri bir daha maarifləndirmək , Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolunun, zəngin və çoxşaxəli irsinin tükənməz ibrət məktəbi olduğunu və bu  yolun hər bir vətəndaşın həyatında mühüm  əhəmiyyət kəsb etdiyini onlara çatdırmaq idi.Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova məktəblilərə Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı həyat yolundan, vətəninə, xalqına göstərdiyi tükənməz xidmətlərdən, ən çətin məqamlarda doğma vətəni və xalqı naminə etdiyi fədakarlıqlardan danışmışdır. O, bildirmişdir ki, Heydər Əliyev yolu hər bir vətəndaş üçün örnək olmalıdır.Daha sonra məktəblilər arasında intellektual bilik yarışmasına start verilmişdir. Sonda qalib gəlmiş komandalar nominasiyalar üzrə diplomlarla təltif olunmuş və Mərkəzin rəsm studiyasının istedadlılarının anım gününə həsr etdikləri rəsm əsərlərinə baxış keçirilmişdir.

Keçidlər