Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Balıqçılar qəsəbəsində səyyar qəbul keçirildi

21 noyabr 2019 | 16:00

 Vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Lənkəran Şəhər İcra Hakimiyyətinin gündəlik fəaliyyətinin prioritet istiqamətini təşkil edir. İcra aparatında keçirilən qəbullarla yanaşı İcra başçısı sakinlərin rahatlığı üçün  qabaqcadan elan olunmuş  qrafikə uyğun olaraq yerlərdə də səyyar qəbul-görüşlər  keçirib mövcud problemlərlə yerindəcə tanış olur və həllindən ötrü tədbirlər müəyyənləşdirir. Bu məqsədlə İcra başçısı növbəti səyyar qəbul-görüşünü noyabrın 20-də rayonun ən ucqar yaşayış məntəqələrindən olan Balıqçılar qəsəbəsində keçirib. Şəhər İcra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət idarələrinin və xidmət təşkilatlarının rəhbər işçilərinin iştirakı ilə keçən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar. Səyyar qəbulda sakinlərin tam sərbəst şəkildə söylədikləri arzu və təkliflər həssaslıqla dinlənilib, səsləndirdikləri məsələlər əlaqədar məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb etdiyindən nəzarətə götürülən bəzi məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıqlar verilib.  Səyyar qəbulların keçirilməsindən razı qaldıqlarını bildirən sakinlər əvvəlki qəbullar zamanı qaldırdıqları məsələlərin həlli ilə bağlı görülən tədbirləri yüksək dəyərləndiriblər. Çıxışlarda ölkənin hər yerində olduğu kimi Lənkəran rayonunun da sosial-iqtisadi inkişafı sahəsində görülən işlərə, xüsusilə çətin təbii şəraitə və iqlimə malik Balıqçılar qəsəbəsinin başdanbaşa qazlaşdırılmasına, magistral yolun asfaltlanmasına, elektrik enerjisinin fasiləsiz verilməsinə, əhalinin maddi-məişət şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən digər işlərə  görə ölkə rəhbərliyinin ünvanına çoxsaylı minnətdarlıqlar ifadə olunub.

Keçidlər