Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində 9 noyabr “Azərbaycan Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbir

08 noyabr 2019 | 16:00

08 noyabr 2019-cu il tarixində Lənkəran şəhər Heydər Əliyev Mərkəzində ”Bayraqları Bayraq edən üstündəki qandır” adlı tədbir keçirilmişdir. Tədbir öncəsi Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Məktəbli və gənclərin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq bu əlamətdar gün münasibətilə iştirakçıları təbrik etmiş, çıxışını Ulu Öndər Heydər Əliyevin sözləri ilə başlamışdır: “Biz öz Himnimizi, Bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir”. O, öz çıxışında  gəncləri  Mübariz İbrahimov  kimi torpağı, Ramil Səfərov kimi Bayrağı sevməyi tövsiyə etmişdir.
Daha sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Cəmil Axundzadənin  və Lənkəran şəhər 8 saylı tam orta məktəbin tarix müəllimi Araz Məmmədovun çıxışları dinlənilmişdir. Çıxış edənlər birmənalı olaraq bütün gəncləri bu müqəddəs Bayraq, azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə səsləmiş, Azərbaycan Respublikasının  bu gün tam müstəqil siyasət yürütdüyünü, xalqımızın bu siyasətin real nəticələrinin canlı şahidi olduğunu bir daha vurğulamışlar.
Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş video çarx nümayiş olunmuşdur.

Keçidlər