Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

09 noyabr Dövlət Bayrağı günü münasibətilə keçirilmiş “BAYRAQDAR” Milli İntellektual Oyunu

07 noyabr 2019 | 16:00

07 noyabr 2019-cu il tarixdə Lənkəran Şəhər Heydər Əliyev Xatirə Parkında Lənkəran Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin və Lənkəran Şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə  09 Noyabr-Dövlət Bayrağı günü  “BAYRAQDAR” Milli İntellektual oyunu üzrə gənclər arasında Birincilik keçirilmişdir.Birincilik Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunmuşdur. Birinciliyin keçirilməsi Azərbaycan Respublikasının Dövlət Bayrağının əhəmiyyətini yeniyetmə və gənclər arasında təbliğ etmək,gəncləri dövlət bayrağına hörmət ruhunda tərbiyə etmək məqsədi daşıyır.Tədbirdə müxtəlif orta ümumtəhsil,orta ixtisas və ali təhsil müəssisələrinin komandaları iştirak etmişdir. Tədbirdə kiçikyaşlı uşaqlar,yeniyetmə və gənclər müxtəlif rəqs nümunələri göstərmiş, AzərbaycanRespublikasının Dövlət bayrağına öz ehtiram və sevgisini ifa edərək dövlət bayrağını fərəh hissi ilə başları üzərində dalğalandırmışlar.Birincilikdə ümumilikdə 11 komanda mübarizə aparmış və səsləndirilən sual Azərbaycan Respublikasının Dövlət Bayrağına və müxtəlif vaxtlarda Azərbaycan dövlətçilik tarixində mühüm rol oynamış dövlətlərin və xarici dövlətlərin dövlət bayraqları haqqında olmuşdur.Sonda qalib gəlmiş komandalar “BAYRAQDAR” Milli İntellektual oyununun kuboku və diplomlarla təltif olunmuşlar.

Keçidlər