Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda "İRADƏNLƏ QALİB GƏL !" şüarı altında kütləvi idman tədbiri keçirildi

01 noyabr 2019 | 16:00

  01 noyabr 2019-cu il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "09 Noyabr-Dövlət Bayrağı Günü" münasibətilə "İradənlə qalib gəl" şüarı altında açıq qapı günündə müxtəlif idman növləri üzrə kütləvi idman tədbiri keçirilmişdir.Tədbirin keçirilməsində əsas məqsəd müxtəlif idman növlərini təbliğ etmək, yeniyetmə və gənclərin idmana olan marağını artırmaq və rayonda idmanın kütləviliyinin artmasına təkan verməkdir.Tədbirdə rayonun tanınmış əməkdar məşqçi-müəllimləri, beynəlxalq dərəcəli idmançılar tərəfindən müxtəlif idman növləri:boks,ağır-atletika, sərbəst-güləş,yunan-roma güləşi, taekvando, cüdo, poverliftinq, futbol, basketbol,voleybol, badminton, şahmat idman növləri üzrə məlumat verilmiş, idman növləri üzrə ayrı-ayrılıqda ustad dərsləri keçirilərək tədbir iştirakçılarının məşqçi-müəllimlərin rəhbərliyi altında muxtəlif idman növləri üzrə məşq etmələrinə köməklik göstərilmişdir.Ümumillikdə tədbirə 600-dən çox gənc qatılmışdır.Tədbirdə kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı təmin olunmuşdur.

Keçidlər