Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın İcra başçısı səyyar qəbulu ucqar kənddə keçirib

12 sentyabr 2019 | 16:00

 Lənkəran rayonunun inzibati ərazi dairələrinin mərkəzi yaşayış məntəqələrində səyyar qəbullarını başa vuran İcra başçısı Taleh Qaraşov növbəti qəbullarını ucqar kəndlərdə keçirməyə başlayıb. Növbəti səyyar qəbul  sentyabrın 12-də rayonun Separadi inzibati ərazi dairəsinin Tükəvilə kəndində keçirilib. İcra hakimiyyəti başçısı aparatının, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, poçt, telekommunikasiya və xidmət idarələri rəhbərlərinin iştirakı ilə keçən qəbulda vətəndaşlar İcra başçısına müraciət edərək kəndin sosial-iqtisadi inkişafı və fərdi məsələlərlə bağlı xahişlərini, arzu və təkliflərini diqqətə çatdırıblar. Eyni zamanda müraciətlərdə ucqar yaşayış məntəqələrində səyyar qəbulların keçirilməsindən razılıq ifadə olunub. Çıxışlarda son illərdə ölkədə həyata keçirilən sosial islahatlardan xalqın bütün təbəqələrinin bəhrələndiyi, maaş və müavinətlərin, pensiyaların dəfələrlə artırılmasının hər bir ailənin maddi durumunu yaxşılaşdırdığı qeyd olunub. Kənddə ikimərtəbəli müasir məktəb binasının tikilib istifadəyə verilməsinin təhsilin keyfiyyətinə müsbət təsir göstərdiyi, bunun sayəsində ali məktəblərə daxil olan şagirdlərin sayının ilbəil artdığı minnətdarlıqla vurğulanıb. Kənddə iki istiqamətdə 150 hektarda salınmış sitrus bağında 200 nəfərin və 100 hektarda salınmış hallobonq plantasiyasında 150 nəfərin işlə təmin olunması aqrar sahəsinin inkişafına göstərilən davamlı diqqətin bəhrəsi kimi dəyərləndirilib.Vətəndaşların  müraciətlərini həssaslıqla dinləyən İcra başçısı qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsindən ötrü əlaqədar rəsmi şəxslərə müvafiq tövsiyyə və tapşırıqlar verib.

Keçidlər