Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın Viyən kəndində səyyar qəbul keçirilib

25 iyul 2019 | 16:00

 25 iyul 2019-cu il tarixdə Lənkəran ŞİH başçısı Taleh Qaraşov növbəti səyyar-qəbul görüşünü rayonun Viyən kənd sakinləri ilə keçirib. İcra aparatının məsul işçilərinin, hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və xidmət idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən səyyar qəbul-görüşü sakinlər razılıqla qarşılayıblar. Səyyar qəbulda vətəndaşların müraciətləri dinlənilib, qaldırdıqları məsələlər  diqqətlə araşdırılıb və həlli ilə bağlı görüləcək tədbirlər barədə onlara yerindəcə ətraflı məlumat verilib. Verilən cavablardan məmnunluqlarını ifadə edən kənd sakinləri müraciətlərinə həssaslıqla baxılmasını, onları narahat edən problemlərin operativ şəkildə həllini ölkə Prezidentinin vətəndaşlara göstərdiyi qayğının bəhrəsi olduğunu bildiriblər.Çıxışlarda müxtəlif məsələlərlə bağlı arzu və təkliflər səsləndirilməklə yanaşı rayonda həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni qurulan müasir yol infrastrukturu, kənd təsərrüfatının və sahibkarlığın inkişafına verilən dəstək, maaş, pensiya və müavinətlərin artırılması və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı ölkə prezidenti tərəfindən qəbul olunan digər qərarları da yüksək qiymətləndirilib.İcra başçısı görüşü yekunlaşdıraraq qaldırılan məsələlərlə bağlı aidiyyəti üzrə məsul şəxslərə bir dahamüvafiq tövsiyyə və tapşırıqlarını verib.

Keçidlər