Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranın ucqar dağ kəndi Türkəncildə içməli su xətti açıldı

22 iyul 2019 | 16:00

 22 iyul 2019-cu il tarixdə Lənkəran rayonunun ən ucqar dağ kəndlərindən olan Türkəncil kəndində yeni içməli su xətti istifadəyə verilib. Sakinlərin böyük sevincinə səbəb olan su xəttinin açılış mərasimində iştirak edən Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev, Yaponiyanın Azərbaycandakı səfirliyinin müşaviri Keysuke Yamanaka, layihəni həyata keçirən yerli QHT “Qlobal-Humanitar təşkilatı” İctimai birliyinin rəhbəri İlham Tahirli çıxış edib əlamətdar hadisə münasibətilə kənd sakinlərinə xoş arzularını çatdırıblar.  Türcəncil kənd orta məktəbinin direktoru Sərraf Hüseynov çıxışında Yaponiya səfirliyinin müşaviri Keysuke Yamanakaya və layihənin həyata keçirilməsində əməyi olan şəxslərə sakinlər adından minnətdarlıq ifadə edib.Türcəncil kəndinə içməli su xəttinin çəkilişi “Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı” proqramı çərçivəsində Yaponiya səfirliyinin xəttilə Lənkəranda icra olunan növbəti layihədir.

Keçidlər