Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA POLİS İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI QEYD OLUNUB

02 iyul 2019 | 16:00

İyulun 2-də Lənkəranda polis işçilərinin peşə bayramı qeyd olunub.
Lənkəran Şəhər İcra Hakimiyyətinin rəsmiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) şəxsi heyəti əvvəlcə Heydər Əliyev Xatirə Parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Bayram tədbiri Lənkəran ŞRPŞ-nin akt zalında davam etdirilib.
Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki İslam Hümbətov Azərbaycan polisinin 101 illik çətin, məsuliyyətli və şərəfli fəaliyyəti barədə məruzə ilə çıxış edib. Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycan polisinin maddi-texniki bazası möhkəmləndirilib, təminatı və həyat şəraiti daha da yaxşılaşdırılıb. İctimai asayişin, dövlətçiliyimizin qorunmasında göstərdiyi xidmətlərinə görə polis əməkdaşları vətənin ən yüksək mükafatlarına layiq görülüblər.Tədbirdə  iştirak edən Lənkəran ŞİH başçısının birinci müavini Möhübbət Babayev polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək Azərbaycan polisinin şərəfli, tarixi bir yol keçdiyini xüsusi vurğulayıb. Eyni zamanda, Lənkəranda ictimai-siyasi sabitliyin, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsində, polis-vətəndaş münasibətlərinin möhkəmləndirilməsində ŞRPŞ-nin şəxsi heyətinin rolu bir daha diqqətə çatdırılıb.
Tədbirin sonunda bir qrup polis əməkdaşına Lənkəran ŞİH-nin Fəxri fərmanları təqdim olunub.

Keçidlər