Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir keçirildi

01 iyun 2019 | 16:00

  İyunun 1-də Lənkəran Şəhər Heydər Əliyev Mərkəzində  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Dünyanı uşaqlar üçün qoruyaq” adlı  tədbir keçirilmişdir.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.Rayonun məktəb və məktəbəqədər təhsil müəssisələrinin, uşaq kollektivlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə Mərkəzin direktoru Reyhanə Sadıxova açaraq uşaqları təbrik etmiş və bildirmişdir ki, uşaqları qorumaq, onların qayğısına qalmaq hər birimizin borcudur.Eləcə də o, qeyd etmişdir ki, sabahımız olan uşaqlara qayğı və diqqət hər bir dövlətin siyasətində önəmli yer  tutur, çünki hər bir xalqın, millətin gələcəyi uşaqlardır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasət  bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Tədbirdə Mərkəzin rəsm kursunun uşaqlarının 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr etdikləri əl işlərindən ibarət sərgi gələn qonaqların böyük marağına səbəb olmuşdur.Tədbir balaca fidanların ifasında bir-birindən gözəl musiqi, səhnə, rəqs nömrələri ilə davam etmişdir.

Keçidlər