Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İCRA BAŞÇISI DAĞ KƏNDLƏRİNİN SAKİNLƏRİ İLƏ GÖRÜŞÜB

29 may 2019 | 16:00

  Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov növbəti səyyar qəbul-görüşünü mayın 29-da rayonun ucqar yaşayış məntəqələrindən olan Günəhir kəndində keçirib. 
Hüquq-mühafizə orqanları, əlaqədar xidmət sahələri rəhbərlərinin, Günəhir inzibati-ərazi vahidliyinin tərkibindəki Günəhir, Türkəncil və Qodəsə kəndləri sakinlərinin iştirak etdiyi görüşdə vətəndaşlar səyyar qəbul-görüşə görə İcra başçısına təşəkkürlərini bildiriblər. Çıxış edən sakinlər ərazinin sosial-iqtisadi inkişafı sahəsində görülən işlərdən söz açaraq, Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun asfaltlaşdırılmasına, yeni tibb məntəqəsinin tikintisinə, kəndə 5 kilometrlik içməli su xəttinin çəkilişinə və digər infrastruktur layihələrin icrasına görə razılıqlarını ifadə ediblər.
   Səyyar qəbul-görüşdə çıxış edən İcra başçısı T.Qaraşov ölkəmizdə ucqar dağ kəndlərinə  göstərilən dövlət qayğısından, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan işlərdən söz açıb.Natiq təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə  uğurla inkişaf etdiyini, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyasının getdikcə genişləndiyini, Cənab Prezident tərəfindən imzalanan çoxsaylı sərəncamlarla minimum əmək haqlarının, bütün növ müavinətlərin, pensiyaların, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarının əhəmiyyətli dərəcədə artırıldığını, problemli kreditlərin əhalinin xeyrinə həllini tapdığını diqqətə çatdırıb.İcra başçısı sosialyönümlü tədbirlərin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, respublikamızda bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, doğma vətənimizin daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırıb.

Keçidlər