Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

LƏNKƏRANDA 9 MAY-QƏLƏBƏ GÜNÜ QEYD OLUNDU

09 may 2019 | 16:00

Mayın 9-da Lənkəran şəhərində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü təntənə ilə qeyd olunub. Bu münasibətlə Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları Heydər Əliyev Xatirə Parkındakı “Naməlum Əsgər” abidəsini ziyarət edib önünə tər çiçəklər düzərək  ikinci Dünya müharibəsində həlak olmuş lənkəranlıların xatirəsini ehtiramla yad ediblər. Tədbir Qələbə ruhlu mahnıların sədaları altında iki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun adını daşıyan Xatirə Parkında davam etdirilib.
İcra başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları, təhsil, səhiyyə və mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rayon sakinləri, gənclər əfsanəvi sərkərdənin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Abidə önündə İcra başçısı müharibə veteranları, arxa cəbhə iştirakçıları və onların ailə üzvləri ilə görüşərək bir daha şəraitləri ilə maraqlanıb.
Həmin gün əfsanəvi sərkərdə Həzi Aslanovun ev-muzeyinin yaranmasının 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə İcra başçısı Taleh Qaraşov, İcra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, arxa cəbhə iştirakçıları iştirak ediblər.
Şəhərin mərkəzində yerləşən “Boranı” restoranında Qələbə günü münasibətilə müharibə veteranları, arxa cəbhə iştirakçıları üçün bayram süfrəsi açılıb. Bayram sevincini veteranlarla bölüşən İcra başçısı Taleh Qaraşov bütün lənkəranlı müharibə veteranlarını və arxa cəbhənin iştirakçılarını bir daha təbrik edərək  onlara xoş və səmimi arzularını çatdırıb.
Rayonun müharibə  veteranları və arxa cəbhə iştirakçıları  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə rayon məktəblilərinin və bədii özfəaliyyət kollektivlərinin ifasında vətənpərvərlik mövzularında şeirlər və mahnılar səsləndirilib.

Keçidlər