Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda möhtəşəm bayram konserti

07 may 2019 | 16:00

  7 may 2019-cu il tarixdə Heydər Əliyev Fondu və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Lənkəran şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaranmasının 15 illiyinə həsr olunmuş bayram konserti keçirilib. Ulu Öndərin onun adını daşıyan xatirə parkındakı əzəmətli abidəsi önündə keçirilən möhtəşəm bayram konsertində əllərində dövlət bayraqları tutmuş minlərlə lənkəranlı iştirak edib. Ümummilli Liderin əziz xatirəsi Lənkəranda həmişə ehtiramla yad olunur. Lənkəranın hərtərəfli inkişafında və cənub bölgəsinin iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin  əvəzsiz xidmətlərini heç vaxtı unutmayan lənkəranlılar  bu gün Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin davamlı diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan parlaq nailiyyətlərlə fəxr edib qürur hissi keçirirlər. Həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, yeni istifadəyə verilən sosial obyektlər, ən yüksək səviyyədə yaradılan infrastruktur, eyni zamanda Heydər Əliyev Fondunun xəttilə görülən işlər  sakinlərin rifahını daha da yaxşılaşdırmaqla bərabər onlara tükənməz sevinc bəxş edir. Lənkəran sakinləri  məhz bu sevinc və fərəh hissi ilə bayram konsertinə gəlib hər bir mahnını sürəkli alqışlarla qarşılayıblar. Konsertdə respublikanın tanınmış incəsənət ustaları tamaşaçılara biri birindən gözəl mahnı çələngi bəxş ediblər.

 

Keçidlər