Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

İcra başçısı Sütəmurdov kəndində səyyar qəbul keçirib

24 aprel 2019 | 16:00

 Aprelin 24-də Lənkəran rayonunun Sütəmurdov kəndində Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun səyyar qəbul-görüşü keçirilib. Xidmət idarələrinin, əlaqədar təşkilatların və hüquq-mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə keçən səyyar qəbulda vətəndaşlar ümumilikdə ölkədə, rayonda və konkret olaraq Sütəmurdov kənd inzibati ərazi dairəsində sosial-iqtisadi inkişafla bağlı görülən işləri, əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatını, müasir yolların salınmasını, turizm infrastrukturunun yaradılmasını, yeni istehsal müəssisələrinin tikilib istifadəyə verilməsini, iş yerlərinin açılmasını ölkə Prezidentinin xalqın rifah-halının durmadan yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu siyasət kimi minnətdarlıq ifadələri ilə dəyərləndiriblər. Onlar ölkənin ən böyük idman qurğularından biri olan Olimpiya İdman Kompleksinin Sütəmurdov kəndində tikilməsindən və dənizsahili tərəfdə yeni layihələrin icrasına başlanılmasından sevinc hissi keçirdiklərini və ərazidə turizmin inkişafı hesabına yeni iş yerlərinin açılmasının onların da maddi-məişət imkanlarının daha da yaxşılaşacağına əminliklərini xüsusi vurğulayıblar.  Sakinlər vətəndaş müraciətlərinə baxılması, narahatçılıq yaradan problemlərin həlli ilə bağlı görülən tədbirləri yüksək qiymətləndirdiklərini və ölkə Prezidentinin apardığı siyasəti, böyük uğurla həyata keçirdiyi sosial islahatları ürəkdən bəyəndiklərini də diqqətə çatdırıblar.
 Sonda icra başçısı çıxışlarda səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verdi.

Keçidlər