Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

12-13 aprel 2019-cu il tarixdə Lənkəranda Atletika üzrə zona birinciliyi keçirilmişdir

13 aprel 2019 | 16:00

   12-13 aprel 2019-cu il tarixdə Lənkəran Olimpiya İdman Kompleksində yüngül atletika idman növü üzrə məktəblilər arasında Respublika çempionatının zona yarışı keçirilmişdir. Yarışın açılış mərasimində tərəfdaş qurumların, idman ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
   Lənkəran, Astara , Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarının məktəb komandalarının mübarizə apardığı yarışda I yerə Lənkəran rayonu Haftoni qəsəbə tam orta məktəbi, II yeri  Biləsuvar rayonu Xırmandalı kənd 1 nömrəli tam orta məktəbi, III yeri isə Salyan rayonu  Arbatan kənd tam orta məktəbi layiq görülmüşdür. Qaliblər diplomlarla təltif olunmuşdur.         
   Çempionatın əsasnaməsinə uyğun olaraq zona yarışlarında I və II yeri tutan məktəb komandaları final mərhələsinə vəsiqə qazanmışdır. Qeyd edək ki, məktəblər arasında Respublika çempionatı 26 sentyabr 2018-ci il tarixdə Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən imzalanmış birgə müqaviləyə əsasən keçirilir.

Keçidlər