Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəran rayonunun Zövlə kəndində səyyar qəbul keçirilib

27 mart 2019 | 16:00

       27 mart 2019-cu il tarixdə Lənkəran rayonunun Zövlə kəndində İcra başçısının səyyar qəbul görüşü keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının, təhsil, səhiyyə, mədəniyyət şöbələrinin və Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbər işçilərinin iştirakı ilə keçirilən görüşdə sakinlərin müraciətləri dinlənilmiş, qaldırılan məsələlər yerindəcə araşdırılaraq həlli ilə bağlı konkret tədbirlər müəyyənləşdirilmiş və aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmişdir.    Rayon mərkəzindən uzaqda yerləşən ucqar Zövlə kəndinin sakinləri səyyar qəbula görə razılıqlarını bidirərək vətəndaş müraciətlərinə baxılmasına diqqətin artırılmasına, onları narahat edən problemlərin həlli ilə bağlı operativ tədbirlərin görülməsinə və əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı ölkə prezidentinin imzaladığı fərman və sərəncamlara görə minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər