Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda möhtəşəm Novruz şənliyi

20 mart 2019 | 16:00

Martın 20-də Lənkəran şəhərinin bayramsayağı bəzədilmiş Qala xiyabanında və Həzi Aslanov parkında təntənəli Novruz şənliyi keçirilib. Möhtəşəm şənlik Dədə Qorqud personajının xalqımızın milli mənəvi dəyərlərinin ən gözəl nümunələrindən olan, yurdumuza Baharın gəlişini, doğma təbiətin canlandığını, torpağın oyanışını xəbər verən Novruz barədə ürəkləri riqqətə gətirən çağırışı ilə başladı. Minlərlə lənkəranlının və xarici ölkələri təmsil edən qonaqların böyük maraqla izlədikləri Novruz şənliyində ilaxır çərşənbənin tonqalı qalanmış, incəsənət ustalarının, bədii özfəaliyyət kollektivlərinin, uşaq bağçalarının körpə fidanlarının ifasında rəngarəng mahnılar və rəqslər ifa olunmuş, Bahar mövzusunda rəsm əsərləri, xalq sənətkarlığı nümunələri, çay, çəltik və sitrus məhsullarından ibarət sərgilər və  təndirdə el adəti ilə çərşənbə ləvəngi balığının sac üstündə bişirilməsi canlı olaraq nümayiş etdirilib.  Bacarıqlarını göstərən idmançıların nümunəvi çıxışları, bəzəkli faytonda tədbirə qatılan Novruz personajları-Bahar qızın könülləri oxşayan təbrik sözləri, Kosa və Keçəlin şirin, məzəli  oyunları, yumurta döyüşdürmələri tamaşaçılara xoş ovqat  bəxş edib.
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov şənlikdə çıxış edərək lənkəranlıları Novruz bayramı münasibətilə təbrik edib onlara ən xoş arzularını çatdırıb.  İcra başçısı çıxışında dostluq, həmrəylik və bolluq rəmzi olan  Novruz bayramının xalqımızın çox sevdiyi və həmişə təntənə ilə qeyd etdiyi bayram olduğunu, bu bayramın ellərimizə, süfrələrimizə xeyir-bərəkət, ruzi gətirdiyini, ana torpağın oyanaraq doğma təbiətə nəfəs verdiyini və insanlarımızın bundan ruhlandığını, qurub-yaratmaq eşqi ilə yaşadıqlarını diqqətə çatdırıb. Natiq builki Novruzun xalqımızın taleyində çox əlamətdar hadisələrlə zəngin, cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə doğma  Azərbaycanımızın tərəqqisi, bütün sahələrdə parlaq nailiyyətlərin qazanıldığı, dinc həyatın, əminamanlığın və möhkəm siyasi sabitliyin hökm sürdüyü  bir vaxtda bayram edilməsinin çox sevindirici olduğunu xüsusi vurğulayıb.

Keçidlər