Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Heydər Əliyev Mərkəzində valideyn himayəsindən məhrum olmuş tam kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilmişdir.

18 mart 2019 | 16:00

18 mart 2019-cu il tarixdə Lənkəran şəhər Heydər Əliyev Mərkəzində valideyn himayəsindən məhrum olmuş ailə tipli kiçik qrup evində  məskunlaşmış tam kimsəsiz uşaqlar üçün Novruz şənliyi keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Reyhanə Sadıxova əvvəlcə gələn qonaqları salamlamış, onları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmiş və bu əlamətdar gündə dəstək olan hər bir kəsə öz minnətdarlığını bildirmişdir. Eləcə də o, nitqində bu gün Azərbaycanda kimsəsiz uşaqlara diqqət və qayğının dövlət siyasəti olduğunu,  Heydər Əliyev Fondunun prezidenti çox hörmətli Mehriban xanım Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva valideyn himayəsindən məhrum olan uşaqların problemlərini həmişə diqqət mərkəzində saxladığını, onlara xüsusi qayğı göstərdiyini qeyd etmişdir. Mərkəzin direktoru yekunda hər birimizin belə xeyriyyəçi tədbirlərin keçirilməsində yaxından iştirakını xüsusi qeyd etmişdir. Tədbir Novruz bayramının personajları olan Kosa və Keçəlin iştirakı ilə musiqili-əyləncəli oyunlar və konsert proqramları ilə davam etmişdir.

Keçidlər