Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda Milli Qəhrəman Əsgər Əliyev anıldı

17 mart 2019 | 16:00

17 mart 2019-cu il tarixdə Lənkəran şəhərində Milli Qəhrəman Əsgər Əliyevin anım mərasimi keçirilib. Qəhrəmanın adını daşıyan mədəniyyət və istirahət parkında keçirilən tədbiri açan Lənkəran ŞİH başçısının birinci müavini, YAP Lənkəran şəhər təşkilatının sədri Möhübbət Babayev çıxış edib milli dövlətçiliyimiz üçün çox təhlükəli məqam olmuş 1995-ci ilin mart hadisələri zamanı Əsgər Əliyevin göstərdiyi şücaətdən geniş söhbət açıb. Çıxış edən Lənkəran rayon Ağsaqqallar Şurasının sədr müavini Sərhad Məmmədov, qəhrəmanın təhsil aldığı orta məktəbin direktoru olmuş Akif Xalıqov, “Lənkəran” qəzetinin baş redaktoru Əlimərdan Əliyev Milli Qəhrəman Əsgər Əliyevin vətənpərvərliyini gənc nəslə nümunə göstəriblər. Milli Qəhrəmanın atası Hacı Ələkbər Əliyev çıxışında övladının vətən yolunda, dölətçilik naminə şəhid olması ilə fəxr etdiyini və şəhid ailələrinə, Milli Qəhrəmanların adlarının əbədiləşdirilməsinə göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıq edib.

 

Keçidlər