Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 025) 255-00-19; "242"

Lənkəranda məktəblilər arasında "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirildi

12 mart 2019 | 16:00

12 mart 2019-cu il tarixdə  Lənkəranda Uşaq Gənclər İdman Şahmat Məktəbində "Şahin" hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilmişdir.Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini Elbəy Fətəliyev nitqində tədbirin keçirilməsinin əsas məqsədinin cənab Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi  2017-2021- ci illərdə" Dövlət Proqramına uyğun olaraq məktəblilərdə ilkin hərbi bilikləri inkişaf etdirmək, eləcə də onları milli vətənpərvər ruhda tərbiyə etmək olduğunu qeyd etdi. Daha sonra Lənkəran Şəhər Təhsil Şöbəsinin metodisti Kamran Məmmədov "Şahin" hərbi-idman oyununun keçirilməsinin şagirdlərin hərbi-fiziki hazırlığı baxımından mühüm tədbir olduğunu bildirməklə iştirakçılara hərbi-idman oyununun qaydaları haqqında ətraflı məlumat verdi.Tədbirdə rayonun ümümtəhsil məktəblərinin "Şahin" komandaları əsasnaməyə uyğun olaraq müxtəlif mərhələlər üzrə çıxışlar etdilər.Yekun qiymətləndirməyə görə Lənkəran şəhər  6 nömrəli tam orta məktəb I yerə, Ürgə kənd tam orta məktəbi II yerə, Aşağı Nüvədi qəsəbə tam orta məktəbi III yerə, Haftoni qəsəbə tam orta məktəbi isə IV yerə layiq görüldü.Sonda qalib komandalar Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundu.

Keçidlər